Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub. Qaynarinfo xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK-nin sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Şahin Bağırov rəis vəzifəsini ona həvalə etdi
Əmrə əsasən, bu vəzifənin müvəqqəti icrası Şabanov Elçin İdris oğluna həvalə edilib.
Qeyd edək ki, bu təyinatadək sözügedən vəzifədə Rəşad Babayev çalışıb.