Bu gün mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ad günüdür. Axşam.az xəbər verir ki, bu münasibətlə "Müasir televiziya ocağı" sənədli filmi təqdim olunub. Ekran işində ATV telekanalının rəhbəri Azər Xəlilov, Xəzər media mərkəzinin baş direktoru Murad Dadaşov, Xalq artistləri Afaq Bəşirqızı, Zülfiyyə Xanbabayeva, Mehriban Zəki, kinorejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digərləri O.Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva sənədli filmdə bu fikirləri səsləndirib:
"Oqtay, bu gün sənin ad günündür. Hər ad günü öncəsi səndən soruşardım ki, nə alım sənə? Deyirdin ki, yox, bu olmadı, istədiyimi ala bilirəm, sürpriz olanda maraqlı olur. Həmişə çalışırdım ki, səni təəccübləndirim. Sənin də xoşuna gəlirdi. Deyirdin, bax, bu başqa məsələ, dərsindən 5. Sən də dərsindən beş idin. Bu gün 55 yaşın tamam olur. Ağlıma belə gəlməzdi ki, iki 5 yan-yana gələndə sən özün yanımızda olmayacaqsan. Hər yenilik birinci sənin ağlına gəlirdi. Dəyişikliyi çox sevirdin. Bəs, dünyanı dəyişmək haradan ağlına gəldi, Oqtay? Sənsizlik çox bilinir.