Azərbaycanda uşaq bağçasından yayılan görüntülər müzakirələrə səbəb olub.
Pravda.az xəbər verir ki, bağça tərbiyəçisi Cəmilə adlı azyaşlıya əmrinə tabe olmadığı üçün qışqırıb, fiziki təzyiq göstərib, qeyri-etik ifadələr işlədərək uşağın valideynlərini söyüb.