Meyxanaçı Mahir Qonşuyev (Mahir “Ay Brat”) barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verib. “Qafqazinfo” xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Meyxanaçı şikayət ərizəsində barəsindəki 4 aylıq həbs qətimkan tədbirinin ləğv edilərək sərbəst buraxılmasını xahiş edib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar olmadığını bildirib.