Əməkdar artist Elton Hüseynəliyev “Bağ havası” verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi müğənnilərin musiqiçilərin hesabına yaxşı yerlərə gəlib çıxdığını deyib:
"Onların haqqını yeməyin"
"Bu gün bütün ifaçılar musiqiçilərdən həm asılıdırlar, həm də onlara borcludurlar. Sürdükləri maşına, yaxşı həyat tərzinə görə də onlara borcludurlar. Üzümü tutmaq istəyirəm o insanlara, özləri bilir kimi deyirəm. Kiminsə haqqını yeyirsinizsə, musiqiçilərin haqqını yeməyin, nə də onların pulunu kəsin. Çünki siz onların hesabına yaxşı adam olmusunuz. Heç olmasa haqqı nahaqqa verməyin. Çünki haram tikə heç kimin boğazından keçməyib".