“WhatsApp” istifadəçiyə texniki dəstək xidməti ilə birbaşa çatdan əlaqə saxlamağa imkan verəcək funksiyanı sınaqdan keçirir. Beləliklə, artıq problemin həlli üçün elektron məktub göndərmək lazım deyil.
Müvafiq variant “Windows” üçün mesencerin 2.2322.1.0 nömrəli “beta” versiyasında görünüb.
Yeni funksiyada istifadəçilər üçün “Bizimlə əlaqə saxlayın” düyməsi əlavə olunub. Düyməni basdıqdan sonra görünən pəncərədə “Sizə necə kömək edə biləcəyimizi bizə bildirin” deyilir.