Xəzər rayonunda öldürülüb quyuya atılan 4 yaşlı Məryəm Allahyarovaya əzab verməkdə ittiham olunan atası Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb. "Qafqazinfo" xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən Taleh Allahyarov 3 il 6 ay azadlıqdan məhrum edilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, T.Allahyarov Məryəmi mütəmadi olaraq döyməklə, ona qarşı sair zorakı hərəkətlər edərək, dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basıb, hətta boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb boğucu hərəkətlər edib. O, qeyd olunan işgəncələrlə Məryəmə yüngül dərəcəli bədən xəsarəti yetirməklə ona əzab verib.