Azərbaycanda 11 il əvvəl uşağını itirən ana övladını tapıb.
Pravda.az Demokrat.az-a istinadən xəbər verir ki, 11 il əvvəl yenicə dünyaya gətirdiyi qızını itirən Ayşən Xəzər TV-də yayımlanan və tanınmış teleaparıcı Lalə Azərtaşın müəllifi olduğu "Təsir dairəsi" verilişində övladına qovuşub.
Belə ki, 11 il əvvəl Ayşən yenicə dünyaya gətirdiyi qız övladını kafedə bir yerdə işlədiyi qadına verir.
Dediyinə görə, o, pul müqabilində dayə kimi baxmağa veribmiş. Amma uşağı saxlayan Zəminə deyir ki, 11 ildə ana uşağı ilə çox az maraqlanıb.