Milli Məclisin keçmiş deputatı Akif Şahbazov dünyasını dəyişib. Pravda.az "Report"a istinadən xəbər verir ki, o, 65 yaşında Bakı şəhərində vəfat edib.
Sabiq deputat vəfat etdi - FOTO
Mərhum doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib.
Qeyd edək ki, Akif Rəhim oğlu Şahbazov 15 dekabr 1957-ci ildə anadan olub. O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.