Müğənni Bahar Lətifqızı ölümlə üz-üzə qalıb.
Pravda.az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Günün sədası" verilişində bildirib ki, əməliyyat zamanı ürəyi dayanıb.
"12 saatlıq əməliyyat keçirdim. Həkimimin savadı nəticəsində sağ qaldım. 12 saatlıq əməliyyatda ürəyim dayandı. Ürəyimə defibrillyator aparatı qoşuldu (ağır ürək aritmiyalarının elektropulse terapiyası üçün tibbdə istifadə olunan cihaz). O aparat vasitəsi ilə məni ayıltdılar.