Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.