BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın yeni Ombudsmanı and içdi: “Səylərimi əsirgəməyəcəyəm”

“Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yeni Ombudsman seçilən Səbinə Əliyeva deyib.

 

O, Prezident İlham Əliyevə və onu seçən parlament üzvlərinə minnətdarlığını bildirib: “Sizi əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”.

 

Yeni Ombudsman bildirib ki, vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan insanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olacaq: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hüquqları pozulmuş vətəndaşlarımızın müdafiəsi, işğal nəticəsində tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması bu işin mühüm tərkib hissələrindəndir”.

Tarix: 29 Noyabr 2019, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin