Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində IV turun daha 10 oyunu keçirilib. “Report”un məlumatına görə, Azərbaycan millisinin yer aldığı F qrupunda iki qarşılaşma baş tutub. Canni De Byazinin kollektivinin istirahət etdiyi turda qrupun lideri Avstriya seçməsi evdə İsveçi 2 cavabsız qolla məğlub edib.
Üç gün əvvəl Bakıda Azərbaycan yığması ilə heç-heçə edən Estoniya isə doğma meydanda Belçikaya müqavimət göstərə bilməyib - 0:3.
Portuqaliya seçməsi səfərdə İslandiyaya çətinliklə qalib gəlib. Kriştianu Ronaldunun 89-cu dəqiqədə vurduğu qol qonaqlara 3 xal qazandırıb.
AVRO-2024 seçmə mərhələ
20 iyun
A qrupu
22:45. Norveç – Kipr - 3:1
Qollar: Ola Solbakken, 12. Erlinq Holann, 56 (penalti); 60 - Qriqoris Kastanos, 90+3
Xal durumu: Şotlandiya – 9 xal (3 oyuna), Gürcüstan - 4 (2), Norveç – 4 (4), İspaniya - 3 (2), Kipr - 0 (3)
E qrupu
22:45. Moldova – Polşa - 3:2
Qollar: Yon Nikolaesku, 48; 79. Vladislav Baboqlo, 85 - Arkadiuş Milik, 12. Robert Levandovski, 34
22:45. Farer adaları – Albaniya - 1:3
Qollar: Odmar Feryö - Nedim Bayrami, 20. Kristian Aslani, 51. Ernest Muçi, 90+1
Xal durumu: Çexiya – 7 xal (3 oyuna), Albaniya – 6 (3), Polşa – 3 (3), Moldova – 5 (4), Farer adaları – 1 (3)
F qrupu
22:45. Avstriya – İsveç - 2:0
Qollar: Kristof Baumqartner, 81; 89