Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Moskvaya dron hücumu olub

865
Paylaş:
Moskvaya dron hücumu olub

Moskva vilayətinə dron hücumu olub.

Bu gün səhər saat 5 radələrində Moskva vilayətininin Lukino yaşayış məntəqəsi yaxınlığında səmada partlayış baş verib.

İlkin məlumatlara görə, partlayışa səbəb PUA-nın vurulması olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Həmçinin, Moskva vilayətinin Naro-Fominsk rayonuna, hərbi hissədən bir qədər aralıda eyni vaxtda daha iki PUA yerə çırpılıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yeni Moskva və Moskva vilayətində radioelektron mübarizə vasitəsinin köməyi ilə üç pilotsuz uçuş aparatı vurulub./APA

Paylaş:

Ən son xəbərlər