Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb.
DİN-dən verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Howo” markalı, 99-KN-720 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Tehran Abdullayev polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.