Sabirabadda istehsalat məntəqəsində mühafizəçinin xəsarət aldıqdan bir neçə gün sonra ölməsi faktına dair cinayət işi başlanılıb.
Bu barədə rayon prokurorluğundan məlumat veriib.
Belə ki, iyunun 4-də Sabirabad Sənaye Məhəlləsinin ərazisində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.