Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının verdiyi fətvaya əsasən, bayramın özü, bayram namazı və digər məsələlər elan ediləcək.
Mübariz Qurbanlı: Qurban bayramı ilə bağlı Dini Komitə üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirəcək
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
"İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə bütün imamlar tərəfindən əməl olunacaq. Bu istiqamətdə Dini Komitə üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirəcək", - sədr əlavə edib./APA