Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib.
Pravda.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Büdcədən maliyyələşdirilən qurumlar
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin tabeliyindəki qurumlar:
1. Azərbaycan Respublikasının Abşeron Milli Parkı;
2. Azərbaycan Respublikasının Ağgöl Milli Parkı;
3. Azərbaycan Respublikasının Altıağac Milli Parkı;
4. Azərbaycan Respublikasının Göygöl Milli Parkı;
5. Azərbaycan Respublikasının Hirkan Milli Parkı;
6. Azərbaycan Respublikasının Qızılağac Milli Parkı;
7. Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı;
8. Azərbaycan Respublikasının Şahdağ Milli Parkı;
9. Azərbaycan Respublikasının Şirvan Milli Parkı;
10. Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu;
11. Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu;
12. Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu;
13. Azərbaycan Respublikasının Zaqatala Dövlət Təbiət Qoruğu;
14. Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğu;
15. Azərbaycan Respublikasının İlisu Dövlət Təbiət Qoruğu;
16. Azərbaycan Respublikasının Qaragöl Dövlət Təbiət Qoruğu;
17. Azərbaycan Respublikasının Türyançay Dövlət Təbiət Qoruğu;
18. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu;
19. Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu;
20. C.Cavadov adına Kür-Ağzı Nərə Balıqartırma Zavodu;
21. Çaykənd Qızılbalıqartırma Zavodu;
22. Şirvan Nərə Balıqartırma Zavodu;
23. Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı;
24. Tovuz Balıqartırma Təsərrüfatı;
25. “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti.