"Palmali Holding" şirkətinin prezidenti Mübariz Mənsimovun ötən gün dünyasını dəyişən atası Qurban Mənsimovla İstanbulda vida mərasimi keçirilib.
Pravda.az axşam.az-a istinadən bildirir ki, "Levent Cami"sində mərhum üçün cənazə namazı qılınıb. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, Mübariz Mənsimovun dostları iştirak ediblər. Türkiyəli müğənni Mahsun Kırmızıgül də vida mərasimində iş adamını tək qoymayıb.