Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rusiya XİN: Moskva Ermənistanla Azərbaycan arasında sərhəd xəttinin keçdiyi yerləri müəyyənləşdirməyə hazırdır

677
Paylaş:
Rusiya XİN: Moskva Ermənistanla Azərbaycan arasında sərhəd xəttinin keçdiyi yerləri müəyyənləşdirməyə hazırdır

İyunun 15-də Laçın yolundakı insident Azərbaycan-Ermənistan sərhədinin delimitasiya olmamasının ümumu problemləri ilə bağlıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi dəfələrlə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın səmərəli, əsaslı şəkildə işə başlamasına çağırıb. "Biz sərhəd xətlərinin keçdiyi yerləri müəyyənləşdirməyə hazırıq, o cümlədən həmin məntəqədə də...Rusiya sülhməramlı qüvvələrinin ünvanına ittihamlar tamamilə əsassızdır. Biz təkidlə KİV-ə bununla bağlı ritorikanın təzyiqini aşağı salmağı tövsiyə edərdik. Sülhməramlılar vəziyyətin normallaşması üzrə tərəflərlə sıx şəkildə işləyir, vəziyyətin sabitləşməsi ilə bağlı tapşırıqları dəqiq icra edir", deyə Rusiya XİN sözçüsü vurğulayıb./APA

Paylaş:

Ən son xəbərlər