Bir neçə gün əvvəl toy məclisində fit çalması ilə müzakirələrə səbəb olan Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı növbəti video yayılıb. Yenisabah.az xəbər verir ki, aktyor şəhərin mərkəzi küçələrinin birində - yolun hərəkət hissəsində 20 dəqiqə avtomobilini saxlayaraq başqa insanlarla söhbətləşib.
Bəhram Bağırzadənin geyimindən görüntülərin bir müddət əvvəl çəkilməsini güman etmək olar.
Videonu çəkən şəxs onun “urbanizasiya” çıxışını xatırladaraq qayda pozmasına irad tutub.