Azərbaycan Ermənistan şərti sərhəd xəttinin yaxınlığında Naxçıvan istiqamətində Arazdəyəndə ağır metallurgiya zavodunun inşası arzuolunmaz məsələdir. Ermənistan tərəfindən burada ağır metallurgiya zavodunun tikilməsi əslində Azərbaycana qarşı çoxşaxəli təxribat xarakterli münasibətin göstəricisidir. Ona görə də, bu yolverilməz bir haldır. Azərbaycan tərəfi haqlı olaraq buna tək ekoloji məsələ kimi deyil, siyasi rakursdan yanaşır.
Pravda.az xəbər verir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, Azərbaycan eyni zamanda Ermənistan tərəfindən Arazdəyəndə zəhərli metallurgiya zavodunun sərhəddə yaxın bir ərazidə inşasının məqsədlyönlü şəkildə tikildiyini nümayiş etdirir: