Xəbər verdiyimiz kimi, 2 gün öncə Xəzər dənizində 2 nəfər batıb.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 2 nəfər batıb.
Dənizdə batan şəxslərdən İsgəndər Əhmədovun ailəsindən AZXEBER.COM-a verilən məlumata görə, o dənizdə batan dostunu xilas etmək istəyərkən özü də batıb. Bildirilib ki, gəncin nəşi hələ də tapılmayıb.
