Aparıcı və ekstrasenst İlham Mirzəyev mərhum aktrisa Ofeliya Aslanla bağlı qalmaqallı açıqlama verib.
Pravda.az Bizim.media-ya istinadla xəbər verir ki, bununla bağlı o, qonaq olduğu "Gül kimi şou" verilişində danışıb.
İ. Mirzəyev bildirib ki, aktrisa ilə müsahibə edərkən O.Aslan özündən tez oğlu Çingizin dünyadan köçməsini arzulayıb:
"Ofeliya Aslanla bu studiyada müsahibə etdim. Amma onun danışdıqlarının çox hissəsini efirə vermədim. O müsahibə hələ də şəxsi arxivimdədir. Ofeliya xanıma "Ən böyük arzunuz nədir" sualını verdim. Aktrisa isə cavabında "Heç bir ana istəməz ki, balası ölsün. Amma mən istəyirəm ki, oğlum Çingiz məndən tez ölsün. Çünki o öləndə, morqda qalacaq və onu heç kim dəfn etməyəcək.