Gürcüstan Prezidenti Salome Zurabişvili “Mtavari Arxi” telekanalının həbsdə olan baş direktoru Nika Qvaramianı əfv edib.
Bu barədə Prezident Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib.
Gürcüstan Prezidenti Salome Zurabişvili “Mtavari Arxi” telekanalının həbsdə olan baş direktoru Nika Qvaramianı əfv edib.
Bu barədə Prezident Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib.
Prezident qərarına izahat verməyəcəyini, çünki əfv sərəncamı imzalamasının onun səlahiyyətində olduğunu vurğulayıb.
Zurabişvili əlavə edib ki, iyunun 19-da Ali Apelyasiya Məhkəməsi Qvaramianın azadlığa buraxılması ilə bağlı şikayəti rədd edib və beləcə onun azadlığa buraxılması üçün bütün hüquqi alətlər tükənib, bu səbəbədən özü bu addımı atmalı olub.
Xatırladaq ki, 2020-ci ilin sentyabrında Gürcüstanın Baş prokurorluğu “Rustavi 2” işi üzrə Nika Qvaramiaya qarşı ittiham irəli sürülüb. Nika Qvaramia qabaqcadan əlbir olaraq “Rustavi 2” telekanalına məxsus külli miqdarda vəsaiti mənimsəməkdə, saxta sənədlərin hazırlanmasında, qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında ittiham edilib. Tbilisi Şəhər Məhkəməsi 2022-ci ilin 16 mayında Qvaramianı təqsirli hesab edərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.