Bəzi insanlar məqsədlərinə çatmaq üçün inadkar və israrlıdırlar. Belə şəxslər münasibətlərinə böyük hörmətlə yanaşırlar.
Hər addımda daha da diqqətli olmağa çalışırlar. Evliliklərini pozmamaq üçün hər şeyi gözə alır, mübarizə etməkdən çəkinmirlər. Astrologiyada da bu cür xüsusiyyətlərə malik bürclər var. Bakupost.az həmin bürcləri təqdim edir.
BUĞA - Xüsusilə, eşq məsələlərində inadçı və qərarlıdırlar. Uğursuz evliliyi bərpa etmək üçün əllərindən gələni edirlər. Səbirli və qətiyyətlidirlər. Münasibətlərdə güvən və sabitlik axtarırlar. Emosional bağlılığa önəm verirlər. Münasibətlərini qorumaq üçün bütün maneələri dəf etməkdə qərarlıdırlar.
XƏRÇƏNG - Son dərəcə emosionaldırlar. Münasibətlərinə dərindən bağlıdırlar. Evlilikləri problemli olsa da, emosional bağlılqlarını bərpa etməyə çalışırlar. Onlar empatik və qayğıkeşdirlər, açıq ünsiyyət qurmağa, güzəştə getməyə, yaraları sağaltmaq və güvəni bərpa etmək üçün əllərindən gələni edirlər.
QIZ - Detallara diqqət edən və analitikdirlər. Evliliyi belə xilas etməkdə israrlıdırlar. Ünsiyyətə, şəxsi inkişafa və təkmilləşməyə önəm verirlər. Problemləri həll etmək, müsbət dəyişiklik yaratmaq üçün tez-tez terapiya və məsləhət alırlar.
ƏQRƏB - Güclü ehtirasları və bağlılıqları ilə tanınırlar. Problemli bir evliliklə qarşılaşdıqda həll yolu tapmaq üçün çox səy göstərirlər. Qətiyyətlidirlər, tez-tez dərin emosional əlaqələri kəşf etməyə və münasibətləri xilas etmək üçün peşəkar kömək axtarmağa hazırdırlar.
OĞLAQ - İntizamlı və məsuliyyətli xasiyyətləri ilə tanınırlar. Evlilikləri risk altında olduqda, vəziyyətə metodik və məqsədyönlü düşüncə ilə yanaşırlar. Lazımi işləri görməyə, praktik həll yolları axtarmağa, münasibətləri xilas etmək üçün uzunmüddətli planlar qurmağa hazırdırlar. Onlar öz öhdəliklərinə sadiqdirlər. Münaqişələri həll etmək və əlaqələri gücləndirmək üçün əzmlə çalışırlar.
Qoç, əkizlər, şir, tərəzi, oxatan, dolça və balıqlar isə evlilik məsələlərində israrcı deyillər. Evliliklərinin davam edib-etməməsi veclərinə deyil. Əsas diqqəti özlərinə verirlər.