Uzun müddətdir Rusiyada yaşayan müğənni Fədayə Laçının Azərbaycana gəlməsinə icazə verilmədiyi iddia olunub. Axşam.az xəbər verir ki, "Səhər mərkəzi" verilişinə telefonla zəng edərək bu haqda danışıb. Moskvada yaşayan və fəliyyət göstərən Fədayə bildirib ki, ölkəyə gələ bilməməsinin səbəbi toylarının çox olmasıdır:
"Efirə çox dəvət alıram. İşlərim toylarla əlaqəli olduğu üçün ürəyim hər dəfə istəyəndə Vətənə gələ bilmirəm. Gələndə də üç–beş gün olur. Bu müddətdə isə çatdırıb verilişlərə gedə bilmirəm. İstəyirəm Vətənə elə gəlim ki, biraz çox qalıb, efirə çıxa bilim. Heç bir küskünlüyüm, incikliyim qətiyyən yoxdur.