Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların əvvəlcədən təşkil edilməsi və təşkilatçılardan biri olduğu deyilən şəxsin səs yazısı sosial şəbəkələrdə yayılıb. Oxu.az-ın yaydığı məlumata görə, səs yazısından aydın şəkildə anlamaq olur ki, dinc sakinləri manipulyasiya edərək, planlı şəkildə təxribat törədilən əraziyə getməyə sövq etməyə çağırışlar edilir.
Belə ki, törədilmiş təxribatın əsas təşkilatçılarından birinin Afiq Allahverdiyev olması iddia edilir. Rusiyada yaşadığı deyilən bu şəxs polislərlə kənd sakinləri arasında yaşanan və geniş müzakirələrə səbəb olan təxribatı bir müddət əvvəl planlaşdırıb. Səs yazısından belə aydın olur ki, bu işdə ona müəyyən köməkliyi isə Etibar Cabbarov və Dadaş Şirinov adlı şəxslər ediblər.
Belə ki, o, kənd sakinlərini yaratdıqları “WhatsApp” qrupu vasitəsilə idarə edib və “birlik” olmağa çağırıb.
Afiq Allahverdiyev həmin qrupa atdığı səslərdən birində deyir ki, sözügedən əraziyə təşkilatlaşmış, hazırlıqlı vəziyyətdə çıxmaq lazımdır:
“Onlar ora necə hazırlıqlı çıxmışdılar, biz də elə çıxamlıyıq. Ora rahat çıxmaq üçün əvvəlcə başqa işləri görmək lazım idi. Mən yuxudan oyananda gördüm ki, hamı oradadır, millətin yarısının isə heç xəbəri yoxdur. Çıxan adamların da sayı 100-200 nəfər olub. Qalanların xəbəri yoxdur, siz onlara fikir verməyin. Əgər istəmirsinizsə, sabah onlara salam verməyin. Amma indi bunun vaxtı deyil, onu gələcəkdə edərsiniz. O gəlməyənlərin adını bir-bir çəkmək lazımdır. Demək lazımdır ki, bunlar, bunlar, etiraz etdilər, sizinlə birlikdə irəli çıxmadılar. Kimdən soruşursan deyir oğlum, qızım orada işləyir.