Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa”da Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda danışarkən səsləndirdiyi "Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var” sözləri İrəvanda əsəbləri tarıma çəkib.
Pravda.az-ın xəbərinə görə, Ermənistan mediası "Rusiya Qarabağı Azərbaycana qaytarır” tezisini yenidən gündəmə gətirib.
S.Lavrov açıqlamasında BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrinə toxunub və bildirib ki, Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni Kazan prinsipləri və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan, hazırda fəal müzakirə olunan layihələr var: