Siyəzəndə bələdiyyə sədri cərimələnib.
Daxili İşlər Nazirliyindən (DİN) Pravda.az-a bildirilib ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 20-də Siyəzən rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və içməli, məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması faktları aşkar olunub.