Yaponiyada irsi xəstəlikləri olan insanlar 1948-ci ildə qəbul olunan qanun çərçivəsində axtalanıb.
Bakupost.az xəbər verir ki, "sterilləşdirilən" 25 min nəfərdən 16 mininin icazəsiz əməliyyat edildiyi üzə çıxıb.
Bu barədə İkinci Dünya Müharibəsindən sonra - 1948-ci ildə qəbul edilən “Yevgenik Mühafizə Qanunu” çərçivəsində sonsuzlaşdırılanların müəyyən edilməsi üçün hazırlanan hesabatda qeyd olunub:
“25 min insan axtalandı. Müxtəlif fiziki və idrak qüsurlarına görə 16 min nəfər icazəsiz əməliyyat olunub”.