Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

“Azərbaycan həkimləri qəhrəmanlıq göstərirlər” – Əhliman Əmiraslanov

1 244
Paylaş:
“Azərbaycan həkimləri qəhrəmanlıq göstərirlər” –     Əhliman Əmiraslanov

“Çox təəssüflər olsun ki, Azərbaycanda öz həkimlərimizə olan münasibət həmişə qeyri-adekvat olub. Hər zaman mətbuatdan oxuyurduq ki, Azərbaycanda həkim, mütəxəssis yoxdur, azərbaycanlı xəstələr xarici ölkələrə gedir və.s. Yəni həkimlərimizin ünvanına belə xoşagəlməz ifadələrə çox rast gəlmişik. Mən həmişə demişəm ki, Azərbaycan həkimlərinə verilən bu cür qiymət düzgün deyil. Azərbaycanda çox böyük həkim ordusu var. Bu həkimlərin böyük hissəsi öz sahəsinin biliciləri, mütəxəssisləridir”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“İndi bu gün gördüyünüz kimi bu cür ağır  xəstəliklə mübarizə aparan, uğurlu nəticələr əldə edənlər də məhz öz həkimlərimiz oldu. Bizə kənardan köməyə ehtiyac yoxdu. Öz həkimlərimiz, səhiyyə işçilərimiz bu çətin və ağır yükü öz çiyinlərinin üzərinə götürdü. Cənab Prezident də onların əməyini yüksək qiymətləndirərək koronavirusla mübarizə aparan səhiyyə işçilərinin maaşlarını 3 dəfədən 5 dəfəyədək artırdı. Ümumiyyətlə, ümumi nəticələr göstərir ki, Azərbaycanda yüksək ixtisaslı tibb işçilərinin, mütəxəssislərin hazırlanması yaxşı səviyyədədir. Bizim bu sahədə olan universitetimizin də fəaliyyəti təqdirəlayiqdir. Həm universitetin maddi-texniki bazası, həm də kadr potensialı imkan verir ki, bu gün biz ən yüksək səviyyədə fəaliyyət göstərən mütəxəssislər hazırlayaq. Şübhəsiz ki, son illər, müstəqillik qazandıqdan sonra azərbaycanlı həkim və mütəxəssislərin inkişafında xaricə göndərdiyimiz həkimlərin də böyük rolu var. Hələ 1992-ci ildən Azərbaycandan Türkiyəyə, Avropaya universiteti bitirən, yaxud da təhsil alan tələbələri göndərirdik. Onlar Azərbaycanın ehtiyacı olduğu sahələr üzrə mütəxəssis kimi yetişib ölkəyə qayıdırdılar. Əvvəllər, bilirsiniz ki, hardasa 15-20 il bundan qabaq ölkəmizdə açıq ürək əməliyyatı, stendləşmə əməliyyatları, orqan transplantasiyası, sümük iliyi transplantasiyası və bu kimi digər əməliyyatlar olunmurdu. Amma indi bu əməliyyatların, müalicə üsullarının hər biri azərbaycanlı mütəxəssislər tərəfindən yüksək səviyyədə yerinə yetirilir. Burada tək mütəxəssislərlə işin öhdəsindən gəlmək olmaz. Bunun üçün möhtərəm Prezidentin diqqəti sayəsində ölkəmizdə Bakı da daxil olmaqla bölgələrimizdə ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalar tikildi. Bu gün o avadanlıqlarla işləyən həkim kadrlarımızın olması sayəsində bu çətin xəstəliklə mübarizə çərçivəsində mən deyərdim ki, Azərbaycan həkimləri qəhrəmanlıq göstərirlər. Ona görə də insanlarımız həkimləri tənqid etməmişdən qabaq diqqət yetirsinlər ki, həkimlər necə ağır xəstəliklərlə mübarizə aparırlar və həkimlərə münasibətdə gərək ehtiyatlı davranaq” – Ə.Əmiraslanov/Modern.az

Paylaş:

Ən son xəbərlər