Aparıcı-aktyor Sərxan Kərəmoğlu çəkilən filmlərdən narazılıq edib. Axşam.az xəbər verir ki, "MTV xəbər"ə danışan aktyor hazırda mədəniyyət sahəsində yalnız televiziya kanalların və toya gedənlərin əməyinin olduğunu bildirib:
"İnsan ruhən ölür. Aktyor nə etməlidir? Bir filmi 50-60 min manata çəkirlər. Amma ondan bu məbləği qazana bilmirlər. 50 minə çəkilən filmin keyfiyyəti nə olacaq?".