Ordubad Su Elektrik Stansiyasının (SES) tikintisində uyğunsuzluqların müəyyən olunması Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov üçün həbs təhlükəsini daha da artırıb.
Pravda.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, sözügedən obyekt üzrə 2011-2022-ci illərdə rəsmiləşdirilmiş "Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış keçirilib və işlərin mövcudluğu araşdırılıb. Məlum olub ki, görülən işlərdə ƏDV-siz 4 milyon 317 min 988,9 manat dəyərində uyğunsuzluqlar var. Bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı”nda bildirilib.
Bundan əvvəl isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bəyan etmişdi ki, Muxtar Respublikanın hava limanında nəzarət tədbirlərinin nəticələri gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantları var.