Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Priqojin Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul etdi

954
Paylaş:
Priqojin Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Priqojin Lukaşenkonun Vaqner qüvvələrinin hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün addım atmaq təklifini qəbul edib.

Belarus prezidentinin mətbuat xidmətindən o da bildirilib ki, Lukaşenko Rusiya prezidentinin razılığı ilə Priqojinlə danışıqlar aparıb.

Qeyd olunub ki, hazırda "Vaqner" özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanıb. Layihədə Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də var./APA

Paylaş:

Ən son xəbərlər