Milli Məclisin deputatının səhhətində problem yaranıb.
Pravda.az-ın Manset.az-a istinadən xəbərinə görə, millət vəkili Fəzail Ağamalının səhhətində problem yaranıb. O həkim yoxlanışından keçmək üçün C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutuna müarciət edib. Xəstəxanaya gedərkən deputatın həyat yoldaşı da onun yanında olub. Müayinələrdən sonra Fazail Ağamalı həyat yolşadı ilə birlikdə xəstəxananı tərk edib.


