Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Bakıda 7 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

708
Paylaş:
Bakıda 7 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 4, 6, 10, 31, 77, 85, 88 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Pravda.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, bu gün saat 23:00-dan iyunun 27-i saat 20:00-dək Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə) və iyunun 26-ı saat 23:00-dan iyunun 27-i saat 06:00-dək Azadlıq prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) yolun hərəkət hissəsində təmir-tikinti işləri aparılacaq və yolda hərəkət tam məhdudlaşdırılacaq.

Tətbiq edilən məhdudiyyətə uyğun olaraq sözügedən müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.

Paylaş:

Ən son xəbərlər