Bakı Hərbi Məhkəməsində 1993-cü ildə Fikrət İbrahimov adlı şəxsi qətlə yetirməkdə təqsirləndirilən Nazim Bayramovun cinayət işi üzrə növbəti proses keçirilib.
Qaynarinfo xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda Nazim Bayramov ifadə verib.
O, bildirib ki, Firkət İbrahimov dövlətə məxsus daş karxanasının rəhbərliyində çalışıb. Onun fəaliyyətində maliyyə pozuntuları aşkarlanıb. "Bu məsələni aydınlaşdırmaq üçün onun evinə gəldik” deyən Nazim Bayramovun sözlərinə görə, Firkət İbrahimov odlu silahla intihar etmək istəyib. Ona mane olmaq istəyərkən birinci atəş açılıb və o, ağır yaralanıb.
Nazim Bayram ikinci atəşin də ehtiyatsızlıqdan açıldığını bildirib. O, Fikrət İbrahimovu qətlə yetirmək niyyətində olmadığını deyib.