Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Naxçıvanda 6 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı

774
Paylaş:
Naxçıvanda 6 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı

Naxçıvanda 6 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb və müəyyən ekspertizalar təyin edilib. Naxçıvan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, hadisə ötən gün gecə saatlarında Kəngərli rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.

71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 6 nəfər ölüb.

Paylaş:

Ən son xəbərlər