Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qobustanda qaya daşlarının arasında meyit aşkarlandı

818
Paylaş:
Qobustanda qaya daşlarının arasında meyit aşkarlandı

Qaradağ rayonunun Qobustan qəsəbəsində qaya daşlarının arasında meyit aşkarlanıb. 


Pravda.az xəbər verir ki, bu barədə FHN-in "112" qaynar xəttinə məlumat daxil olub. 


FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.


Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meyit mürəkkəb relyefli ərazidə qaya daşlarının arasındadır.


Tədbirlər nəticəsində meyit qaya daşlarının arasından çıxarılaraq təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:

Ən son xəbərlər