"Ramiz özü haqqında heç zaman fikirləşmirdi. Hamı üçün nələrsə etmək istəyirdi. Özünü düşünmürdü, ona görə də o günə qaldı. Ramiz torpaq altında yatası insan deyildi". Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd xanım “O üz” verilişində deyib. O, aktyorun xəstəliyindən danışıb:
"Ramizin nə qədər işləri və fikirləri, ürəyində o qədər sözü vardı. Heç nəyi edə bilmədi. İki il olacaq ki, Ramiz dünyasını dəyişib. Amma biz sakit ola bilmirik (ağlayır). Səhər onun adı ilə açılır. Axşam da onun adı ilə yatırıq. Son 10 il o çox xəstə oldu. Heç hərəkət edə bilmirdi. Əslində çox şeylər var, amma deyə bilmirəm. Biz onu görə bilmədik. Bir-birimizə olan sözümüzü belə deyə bilmədik. Ancaq onun yaşamağını istəyirdim.