Mövsüm boyu yağan yağışlar tarixi abidəni göl içində qoyub.
Söhbət Gəncədəki Comərd Qəssab türbəsindən gedir. İntensiv yağan və günlərlə çəkilməyən yağış suları hətta abidənin içərisinə daxil olaraq qalın palçıq təbəqəsi yaradıb.
Abidənin yaxınlığında onun 2004-cü ildə bərpa edildiyi və dövlət tərəfindən qorunduğuna dair lövhə yerləşdirilsə də, aidiyyəti qurumlar türbənin vəziyyəti ilə maraqlanmır.