Hamımız gənc qalmaq istəyirik və araşdırmalar göstərir ki, uzunömürlülüyün sirri yediyimiz qidalardadır. Daha sağlam qalmağınız və daha uzun yaşamağınız üçün mütləq yeyib-içdiklərinizə diqqət edin. Pravda.az axşam.az-a istinadən bildirir ki, yaşlanma qaçılmaz olsa da, daha uzun və sağlam bir həyat sürmək üçün edə biləcəyiniz çox şey var.
Orqanizmi gənc sağlayan qidalar:
Əsas odur ki, müxtəlif sağlamlıq problemlərinə səbəb ola biləcək qeyri-sağlam yağlar, şəkərlər və natriumda yüksək olan işlənmiş qidalardan qaçın. Pəhriz daha sağlam yaşamağa kömək edən mühüm həyat tərzi faktorudur. Meyvə, tərəvəz, tam taxıl, paxlalılar, qoz-fındıq və toxum kimi müxtəlif bitki əsaslı qidalarla zəngin bir pəhriz seçin.
Ömrünüzü sehrli şəkildə uzada biləcək bir yemək olmasa da, xəstəlik riskinizi azaltmağa və sizi qızıl illərinizə çatdırmağa kömək edə biləcək bir çox qidalar var. Məsələn, dünyanın bəzi yerlərində insanların qeyri-adi dərəcədə uzun və sağlam ömür sürdüyü bölgələri müşahidə etsəniz, qidalanma qaydalarının fərqli olduğunu görərsiniz. Bunlar arasında isə ətdən az istifadə birinci sıradadır. Ət əvəzinə tərəvəzlərdən istifadə edin. Ət orqanizmi tez qocaldır.