ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş başlayıb.
Azərbaycan, Ermənistan XİN rəhbərlərinin Blinkenin iştirakı ilə görüşü başlayıb
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.
Bildirilib ki, görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.