Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rüfət Quliyev Tailandın turizm və idman naziri ilə görüşdü

800
Paylaş:
Rüfət Quliyev Tailandın turizm və idman naziri ilə görüşdü

Azərbaycan-Tailand parlamentlərarası işçi qrupunun rəhbəri Rüfət Quliyev Tailandın turizm və idman naziri Fifat Ratçakitprakam ilə görüşüb.

Görüşdə Azərbaycan-Tailand münasibətlərinin inkişafı istiqamətində müzakirələr aparılıb.

Bildirilib ki, Tailand və Azərbaycan arasında parlamentlərarası münasibətlər sıfırdan başlayır, çünki bu günə qədər iki ölkə parlamenti arasında o qədər də sıx münasibətlər olmayıb. Qarşılıqlı maraqlar əsasında qurulan münasibətlərin inkişafı hər iki  tərəf üçün faydalı olacaq.

Nazir Ratçakitprakam söz verib ki, ölkəsinə qayıdandan kimi Tailand parlamentinin yeni rəhbəri ilə danışacaq, Tailand-Azərbaycan parlamentinin dostluq qrupu formalaşdıralacaq.

Məlumat üçün qeyd edək ki, iyulun əvvəlində Tailandın xarici işlər nazirinin müavini də nümayəndə heyəti ilə Bakıya səfər edəcək.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər