Amerikalı aktrisa Şirli Nayt çərşənbə günü ABŞ-da dünyasını dəyişib.
Pravda.az-ın xəbərinə görə, bu barədə “Hollywood Reporter” jurnalı məlumat yayıb.
“Tony” və “Emmy” mükafatlarının qalibi, həmçinin iki dəfə “Oskar”a namizəd göstərilən aktrisa 83 yaşında vəfat edib.
Ümumilikdə o, kino və seriallarda təxminən 100 rol ifa edib.
Jurnalın məlumatına görə, onun təbii səbəblərdən vəfat etdiyi deyilir.Report
Məşhur aktrisa vəfat etdi