Əla. Belə lazımdı. Bir yaralı hərbçimizə qarşı ən azı, 4-5 separatçı leşi. Yoxsa rusa arxayın olub da heyrətamiz sırtıqlıqla ərazimizdə dövlət içində dövlət xülyası ilə yaşamağa davam edir mənfur tayfanın Qarabağdakı tör-töküntüləri.
Buna “İsrail taktikası” da demək olar. Bəllidir ki, yəhudi dövləti özünə və vətəndaşlarına qarşı hər hansı silahlı hücuma, terror aktına qarşı çox amansız, beş misli ilə cavab verir. Hücum edənləri öz əməlinə dərhal peşman edir. Ki, gələn dəfə belə qələtləri etməzdən öncə 3 dəfə, 4 dəfə fikirləşsinlər...
Azərbaycana gəlincə, bir dövlətdə bir qanuni ordu olur, cənab dığalar! Yerdə qalanlar bandit dəstələridir. Yəni məhv edilmək üçün bizim legitim hədəflərimizdir.
Demək, gec-tez hamınızın axırına çıxılacaq, həşərat kimi əziləcəksiniz! Əgər ona kimi ağıllanıb təslim olmasanız, Azərbaycan dövlətinin mərhəmətinə sığınıb da əfv diləməsiniz. Fərq etməz, rusun arxasında gizlənmisiniz, ya yox. Gerisayım çoxdan başlanıb...
Ordumuzun son cəza tədbiri “Qafqaz qaraçıları”na bu xüsusda növbəti, bəlkə də axırıncı xəbərdarlıq siqnalıdır. Həm də o anlamda ki, əgər Azərbaycanın siyasi-hərbi rəhbərliyi qərar veribsə, erməni banditlərini Rusiya “sülhməramlı” kontingenti də əlimizdən ala və xilas edə bilməyəcək. Hansı kontingent ki, əslində, bu quldur birləşmələri çoxdan tərk-silah eləməli və ya Qarabağdan çıxarmalı idi (10 noyabr üçtərəfli sənədinin 4-cü bəndi).
Bu mənada 4 silahlı separatçının gəbərdilməsi Rusiya hərbi kontingentinə, daha dəqiqi, Rusiya rəhbərliyinə də mesajdır ki, nəhayət, Putinin imzası duran öhdəliyi yerinə yetirsin. Əks halda, bu işi özümüz görəcəyik. Heç nəyə və heç kəsə baxmadan!..
Nə Qarabağda müvəqqəti yerləmiş rus hərbçiləri, nə də onların son vaxtlar açıq himayə elədikləri erməni silahlı banditlər elə düşünməsinlər ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində nəzərdə tutulan işləri, özəlliklə keçmiş köçkünlərin öz dədə-baba yurdlarına dönüşünü belə təxribatlarla, terrorçu əməllərlə əngəlləyə bilərlər. Əsla.