Mülki ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilib. “Report” xəbər verir ki, bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Qarabağın erməni sakinləri “Laçın” buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO
Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.