Qurban bayramı münasibətilə müəyyən edilmiş məntəqələrlə yanaşı digər ərazilərdə də heyvan satışı və kəsimi həyata keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, qurbanlıq heyvanlara tələbat çox olub, amma şərait olmadığından həmin yerlərdə xoşagəlməz mənzərə yaranıb.
Elə qəssabların özləri də bu vəziyyətdən narazılıq ediblər. Onlar xüsusi kəsim məntəqələrinə heyvanları aparmağın əlavə xərc olduğunu bildiriblər.