Küçənin ortasında qadını qovaraq ona təpik atır. Ana isə azyaşlı qızcığazın yanına gələrək qaçmağa başlayır. Bu zaman azyaşlı atasının onu da təpiklə vuracağından qorxaraq anası ilə özünü yola atır. Nəticədə maşının vurduğu uşaq ölür, qadın isə xəsarət alır.
Xezerxeber.az-ın məlumatına görə, müvafiq görüntüləri yayılan hadisə 4 gün əvvəl Bakının Balaxanı qəsəbəsində baş verib:
“Bakının Balaxanı qəsəbəsində əri tərəfindən şiddətə məruz qalan ailənin yaşadığı evə gedib hadisənin detallarını öyrənmək istədik.
Baş verən hadisədən sonra gözü yaşlı bir ananın bizi qarşılayacağını, atanın isə ümumiyyətlə kamera qarşısına çıxmayacağını gözləyirdik. Amma gözlədiyimiz olmadı...